Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52

-

Avqustun 23-də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Estoniya ilə sərhəddə altı günlük hərbi təlimə başlayıb. “Əməkdaşlıq-2015” adlı təlimlərə rəhbərlik edən general Vladimir Shamanov deyib ki, məqsəd “silahlı münaqişənin lokallaşdırılması və Şərqi Avropada qanunsuz silahlı qruplaşmaların ləğvi” üzrə təcrübə keçməkdir.

Təlimlər Rusiyanın qərbi Pskov regionunda aparılır. 2 min əsgər, min paraşütçü, 200 maşın və 20 hərbi təyyarə və vertolyot təlimlərə qatılıb. Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan qüvvələri də iştirak edir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin birinci mərhələsi bitəndən sonra əsgərlər və hərbi texnika Astraxan vilayətində Aşuluk təlim poliqonuna yerləşdiriləcək. Aşuluk Rusiyanın şərqi Ukrayna ilə sərhədinin 500 kilometrliyindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG