Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30

Cəbhədə toplar işə düşdü. Ölənlər var


Qarabağda erməni hərbçiləri.

Qarabağda erməni hərbçiləri.

-

Avqustun 22-də atəşkəsin pozulması nəticəsində Azərbaycanın 3 hərbi qulluqçusu yaralanıb.

Ermənistan Silahlı Qüvvələrinin isə 5 hərbçisi ölüb və 8-i yaralanıb.

Bu haqda Müdafiə Nazirliyinin iki gün sonra – avqustun 24-də yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, Ermənistan ordusunun bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.
«Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib».

Müdafiə Nazirliyi azərbaycanlı hərbi qulluqçuların durumunun qənaətbəxş olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG