Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

Çin səhmləri düşür


Çində investor səhm indekslərini müşahidə edir, 19 avqust, 2015-ci il

Çində investor səhm indekslərini müşahidə edir, 19 avqust, 2015-ci il

-

Avqustun 24-də səhər Çində iri səhm indeksləri 7 faizdən çox düşüb. Baxmayaq ki, Pekin dövlət pensiya fonduna səhmlərə investisiya yatırmaq səlahiyyəti verib.

Shanghai Composite Index 7.05 faiz, Shenzhen Composite Index isə 7.02 faiz düşüb.

Ötən həftə böyük indekslər 11 faiz düşmüşdü. Belə ki, investorlar mərkəzi hökumətin bazarı gücləndirmək planlarını nəzərdən keçirməsindən narahat olmağa başlayıblar.

Avqustun 24-də səhər Tokio Nikkei indeksi də 3.09 faiz düşüb. Bu da qismən Çin iqtisadiyyatı sarıdan narahatlıqla bağlıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG