Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

İran OPEC-in iclasını istəyir


İranın neft naziri Bijan Zanganeh
İranın neft naziri Bijan Zanganeh

İranın neft naziri Bijan Zanganeh deyib ki, neft ixrac edən ölkələrin OPEC təşkilatının fövqəladə iclasının çağırılması qiymətlərin sabitləşdirilməsinə kömək edə bilərdi.

İranın neft naziri Bijan Zanganeh deyib ki, neft ixrac edən ölkələrin OPEC təşkilatının fövqəladə iclasının çağırılması qiymətlərin sabitləşdirilməsinə kömək edə bilərdi.

Əlcəzair bu ayın əvvəllərində OPEC-in neft qiymətləri ilə bağlı təcili iclasının çağırıla biləcəyini bildirmişdi. Lakin OPEC-in başqa üzvləri belə bir görüşün gündəlikdə olmadığını bildiriblər.

"İran OPEC-in təcili iclasının çağırılmasına tərəfdardır və burada qəbul ediləcək qərara qarşı çıxmazdı” – deyib Zanganeh.

Dünya bazarlarında Amerika neftinin bir barreli üçün son qiymət 40 dollardan aşağı düşüb. Brent markalı neftin qiyməti cümə günü 45 dollardan bir neçə sent yuxarı idi.

OPEC-in növbəti iclası dekabrın 4-dən tez nəzərdə tutulmayıb.

OPEC-də hər hansı qərarın qəbulu üçün sadə çoxluq kafidir, lakin ekspertlər bildirirlər ki, reallıqda Səudiyyə Ərəbistanının təşəbbüsü olmadan heç bir erkən iclas mümkün deyil.

Səudiyyıə isə neft qiymətlərinin düşməsinə baxmayaraq hasilatı azaltmayacağını bildirib.

XS
SM
MD
LG