Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:09

Naxçıvanda Beynəlxalq Turizm Konfransı başa çatdı


Naxçıvanda Beynəlxalq Turizm Konfransı keçirildi. Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi konfransda Naxçıvanın turizm sahəsindəki inkişaf və perspektivləri müzakirə olundu. Noyabrın 20-dən başlayaraq iki gün davam edən tədbirdə Türkiyənin Qars, Ərzurum və İğdır vilayətlərinin rəsmi nümayəndələri eləcə də İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin Mədəni miras və əl işləri üzrə təşkilatların nümayəndələri iştirak ediblər. Konfransa Azərbaycanın müxtəlif bölgələrinin Gəncə, Şəki, Lənkəran, Yardımlı, Lerikin də turizm şöbələrinin rəhbərləri qatılmışdılar. Konfransın birinci günü MR Mədəniyyət və Turizm naziri Sarvan İbrahimov iştirakçılara bölgənin turizm sahəsində geniş imkanlara malik olması haqqında məlumat verib. O, bildirib ki, ərazinin zəngin təbii müalicəvi su ehtiyatlarına malik olması burada «müalicə turizmi»nin inkişafına əlverişli zəmin yaradır. Tədbirin ikinci günü konfrans nümayəndələri Naxçıvanın tarixi yerlərini də gəzdilər. Beynəlxalq Konfrans noyabrın 21-də başa çatdı.


XS
SM
MD
LG