Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:33

Mingəçevir şəhər Polis Şöbəsinin rəisi polkovnik Ələsgər Bədəlov Meydan TV-yə deyib ki, “7 dəfə mərhumun atası bu otaqda olub. Bütün tələblərinə əməl etmişik. Ekspertin dəyişdirilməsini istəyib, başqa yerdən gətirmişik. Bundan sonra 50 dəfə gəlsə, yenə qəbul edib, dinləyəcəyik. Özünə də demişik ki, şöbənin içərisindəki kameralar yalnız nəzarət üçündür, qeyd etmir. Ancaq bayırda olan görüntülərlə tanış etmişik. Məsələ ilə bağlı polis baş leytenantı Şahlar Şahlarzadə işdən çıxarılıb, hazırla saxlanılıb. Çünki Şahlar hal şahidi gətirməyə getməklə səhlənkarlığa yol verib. Mənim özümə də şiddətli töhmət verilib. Çox doğru qərardı, mənim də səhvim olub, nəzarətsiz buraxmışam”.

Mingəçevir şəhərinə ezam edilən DİN generalı Cavanşir Məmmədov isə bildirib ki, qarşıdurmanın yaranmaması üçün mərhumun yaxınları ilə görüşüblər. Buna baxmayaraq, qarşıdurma baş verib:

“Aksiya zamanı 15 nəfər saxlanılıb. Onların hamısı şöbədədir. Heç biri Gəncəyə aparılmayıb. Onlardan 6-7-nin işi prokurorluğa təqdim olunub, qalanları məhkəmə qərarı ilə yəqin ki, inzibati qaydada cərimələnəcəklər”.

Mingəçevir sakini Bəhruz Hacıyev avqustun 20-də həbs olunandan sonra polis şöbəsində intihar etdiyi bildirilir.Bundan sonra şəhərdə polislə qarşıdurma oldu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG