Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:39

Mahmud Abbas istefa verdi


Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının sədri vəzifəsindən istefa verib.

Təşkilatın rəhbərliyində təmsil olunan Vassal Abu Yussefin dediyinə görə, daha bir neçə vəzifəli məmur da istefa qərarı verib. Bu qərar Fələstin milli şurasının Fələstin Azadlıq Təşkilatınea yeni rəhbər seçməsindən sonra qüvvəyə minəcək. Bu müddət ərzində təşkilata İzraillə danışıqlarda Fələstinin əsas nümayəndəsi olan Saeb Erekat rəhbərlik edəcək.

Öz istefasından əvvəl Mahmud Abbas Fələstin Azadlıq Təşkilatının icraiyyə komitəsindən qurumun əsas fiqurlarından biri olan Abed Rabbonu uzaqlaşdırmışdı. Bu addımının səbəbi açıqlanmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG