Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:41

Britaniya təyyarə şousunda azı 7 nəfər həlak olub (Video)


Hawker Hunter reaktiv təyyarəsi
Hawker Hunter reaktiv təyyarəsi

Cənubi İngiltərədə keçirilən hava şousu zamanı reaktiv təyyarənin qəzaya uğrayaraq hərəkətli avtomobil yoluna düşməsi nəticəsində azı 7 nəfər həlak olub.

Cənubi İngiltərədə keçirilən hava şousu zamanı reaktiv təyyarənin qəzaya uğrayaraq hərəkətli avtomobil yoluna düşməsi nəticəsində azı 7 nəfər həlak olub.

Köhnə modelli Hawker Hunter qırıcı reaktiv təyyarəsi şounun keçirildiyi Şorham aeroprtu yaxınlığındakı Brayton üzərində qəzaya uğrayıb.

Ölənlərin hamısı avtomobil yolunda olublar və polis bildirir ki, həlak olanların sayı hələ dəqiqləşdirilməyib.

Təyyarənin pilotu ağır vəziyyətdə xəstəxanadaır.

14 nəfərin yaralandığı xəbər verilib.

Şouda çəkilmiş video təyyarənin akrobatik təmrini yerinə yetirərkən qəzaya uğradığlını göstərir.

Təyyarə aerodinamikada “şeytan ilgəyi” deyilən vəziyyətdən çıxa bilməyib.

Media bildilir ki, yaralı pilot təyyarənin qalıqları arasından çıxarılıb.

Hawker Hunter təkmotorlu təyyarəsi Britaniyada 1950-ci illərdə istehsal olunub.

XS
SM
MD
LG