Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:51

Dolların satışı dayanıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Avqustun 22-də Bakıdakı bank filialları və valyutadəyişmə məntəqələrinin çoxunda ABŞ dollarının satışı dayandırıb.

Valyutadəyişmə məntəqələrinin əməkdaşları satışın nə vaxt bərpa ediləcəyi haqqında məlumatsız olduqlarını deyiblər. Adətən şənbə günü də işləyən valyutadəyişmə məntəqələrinin bəziləri isə ümumiyyətlə işləməyib.

Mərkəzi Bank avqustun 21-də 1 ABŞ dollarının rəsmi məzənnəsini 1.0479 manat müəyyənləşdirib.

Bakıdakı banklarda və valyutadəyişmə məntəqələrində təşviş avqustun 21-də Qazaxıstanın milli pul vahidi – tenge devalvasiya olunandan sonra yaranıb. Dünən valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1.07 manata satılıb. Mərkəzi Bank kommersiya banklarına satış məzənnəsini maksimum 1.055 həddində saxlamağı tövsiyə edib, buna əməl etməyən banklarla bağlı qanunla ölçü götürüləcəyini bildirib.

XS
SM
MD
LG