Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:29

Tbilisi NATO-nu Gürcüstanı üzv qəbul etməyə çağırır


Gürcüstanın müdafiə naziri Tina Xidaşeli
Gürcüstanın müdafiə naziri Tina Xidaşeli

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli bildirib ki, NATO-nun genişlənməsi planı bugün Rusiyanın Ukraynadakına bənzər təcavüzlərinin qarşısını ala biləcək yeganə amildir.

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli NATO-nu, alyansın gələn il Varşavada keçiriləcək sammitinədək onun ölkəsinin bu təşkilata üzvlüyü ilə nəticələnəcək əhəmiyyətli addımlar atmağa çağırıb.

Avqustun 20-də Vaşinqtonda AzadlıqRadiosuna müsahibə verən xanım Xidaşeli deyib ki, NATO-nun Gürcüstana vəd etdiyi üzvlük məsələsində hər hansı tərəddüdü Rusiyanın aqressiv siyasətlərinin davam etməsinə səbəb ola bilər.

5-ci maddənin kölgəsi

“Beşinci maddəyə daxil olan ölkələrin qarşına Dəmir Pərdə çəkib içinə qapanmaq, hər bir kəsin belə bir nəticəyə gəlməsinə səbəb olacaq ki, “bəli də, NATO-nunku bura qədərmiş” – deyib Gürcüstanın müdafiə naziri.

Gürcüstan əsgərləri NATO ilə birgə təlimin açılış mərasimində
Gürcüstan əsgərləri NATO ilə birgə təlimin açılış mərasimində

NATO-ya daxil 28 ölkə alyans nizamnaməsinin 5-ci maddəsinə görə hücuma məruz qalarkən bir-birlərini müdafiə etməlidir. Gürcüstan və NATO-ya qoşulmaq istəyən başqa ölkələr bu maddənin müdafiəsi altına düşmürlər.

NATO-nun 2008-ci ildə Buxarestdə keçirilmiş sammitində Gürcüstana son nəticədə alyansın üzvü olmaq vədi verilmişdi, lakin sonradan bu proses davam etdirilmədi. Daha doğrusu, Gürcüstanın üzvlüyünə aydın ümid verəcək “Üzvlük üçün İş Planı” (Membership Action Plan) alyansın 2012-ci il Çikaqo və 2014-cü il Uels sammitlərində gündəliyə salınmadı.

Xidaşeli deyib ki, bu, Moskvaya verilən “çox güclü mesaj” olub.

Gürcüstan naziri bildirib ki, NATO-nun genişlənməsi planı bugün Rusiyanın Ukraynadakına bənzər təcavüzlərinin qarşısını ala biləcək yeganə amildir.

Gürcüstan aydın cavab gözləyir

Gürcüstanın müdafiə naziri Tina Xidaşeli Vaşinqtonda rəsmi dövlət səfəri əsnasında ABŞ müdafiə naziri Ashton Carter-lə görüşüb. O bildirib ki, bu səfəri ilə Gürcüstanın NATO-ya gedən yoluna dair bir sıra məsələrələr barədə cavablar, məsləhətlər və dəstək almaq istəyib.

Rusiya bu ilin iyulunda Cənubi Osetiyanın sərhədini bir az da genişləndirib
Rusiya bu ilin iyulunda Cənubi Osetiyanın sərhədini bir az da genişləndirib

Tina Xidaşeli bundan əvvəl bildirmişdi ki, o Varşava sammitində Gürcüstanın alyansla əməkdaşlığı üçün Tbilisinin bütün tələbləri yerinə yetirdiyinin nəzərə alınacağına ümid edir. O Varşava sammitindən belə bir aydın bəyanat verilməsini istəyir ki, “Gürcüstan artıq birinci addımı atıb və alyans üzvlüyünə gedən yoldadır”.

Xidaşeli AzadlıqRadiosuna deyib ki, Gürcüstan ərazisinin 20 faizini təşkil edən Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı onun ölkəsinin və eləcə də bütün regionun təhlükəsizliyi üçün hədədir.

Rusları Tbilisidən 20 dəqiqəlik yol ayırır

“Ruslar Tbilisinin 20 dəqiqəlik məsafəsində dayanıblar – deyib nazir, - Gürcüstan ərazisində 6 min Rusiya əsgəri var. Bunlar 2003-cü ildə Qızıl Gül inqilabı zamanı Rusiaynın hərbi bazalarının bağlanması nəticəsində ölkədən çıxarılmış qüvvələrdir”.

Tina Xidaşeli: Ruslar Tbilisinin 20 dəqiqəlik məsafəsində dayanıblar

Son həftələrdə Rusiyanın Cənubi Osetiyanın sərhədlərini birtərəfli qaydada irəli çəkməsi nəticəsində bu bölgədəki gərginlik daha da artıb.

Gürcüstanın NATO və ABŞ-la daha yaxın əməkdaşlığının qızğın tərəfdarı olan xanım Xidaşeli NATO-nun genişlənməsinin Rusiyanı təxribata çəkəcəyi barədə iddiaları rədd edib.

NATO-nun Varşava sammiti 2016-cı ilin 8-9 iyulunda keçirilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG