Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Dəfn zamanı Vittorio Casamonica-nın cənazəsi 6 qara at qoşulmuş bəzəkli yedəkdə aparılırdı.

İtaliya hökuməti cümə günü Romada məşhur cinayətkar ailənin başçısı üçün keçirilən dəbdəbəli dəfn mərasimini kəskin pisləyib.

Hökumət bildirib ki, “bu, Romaya vurulan daha bir yara və bütün italyanlar üçün təhqirdir”.

Dəfn zamanı Vittorio Casamonica-nın cənazəsi 6 qara at qoşulmuş bəzəkli karetada aparılırdı.

Bu mərasimə 500 nəfər qatılmışdı.

Cənazənin qoyulduğu kilsənin qapısından asılan plakatda yazılmışdı: “Sən Romanı fəth etdin, indi də cənnəti fəth et”. Cənazə “Xaç atası” filmindən musiqinin sədaları altında aparılırdı.

Media baş verənləri Romaya birbaşa meydan oxunması kimi qiymətləndirib.

Ötən yanvar ayında başlanmış istintaqın gedişində mafiyaya bağlı onlarca siyasətçi həbs edilmişdi.

Casamonica ailəsi bir neçə onillik ərzində Romanın cənub-şərqində törədilən ağır cinayətlər üçün məsul sayılır.

Daxili işlər naziri Angelino Alfano onun təbirincə deyilsə “bu dəfn şousunun” araşdırılmasına əmr verib.

Dəfn mərasimində iştirak edən helikopterin pilotu uçuş lisenziyasından məhrum edilib.

Dəfn mərasiminə bütöv səhifələrini həsr etmiş qəzetlər “Ar olsun!” kimi sərlövhələrlə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG