Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:07

Şimali Koreya qoşunlarını Cənuba qarşı hərb hazırlığı vəziyyətinə gətirib


Cənubi Koreyanın təbliğat səsucaldanları

Cənubi Koreyanın təbliğat səsucaldanları

Bundan əvvəl Şimal Cənuba öz təbliğatını dayandırması barədə ultimatum vermişdi.

Şimali Koreya öz silahlı qüvvələrini Cənubi Koreya ilə müharibə hazırlığı vəziyyətinə gətirib.

Bundan əvvəl Şimal Cənuba öz təbliğatını dayandırması barədə ultimatum vermişdi.

Çin yaranmış vəziyyətlə bağlı hər iki tərəfi təmkinə çağırıb.

Cənubi Koreya müdafiə nazirinin müavini Baek Seung-joo deyib ki, onun hökuməti şimallıların 11 nöqtəni atəşə tutacağını gözləyirdi, çünki Seul “Demilitarizasiya Zonasında” yerləşən bu nöqtələrdə səsucaldanlar qurub.

Cənubi Koreya bundan əvvəl səsucaldanlarla aparılan təbliğatı dayandırmaqdan imtina etmişdi.

Şimali Koreyanın xarici işlər naziri bildirib ki, Pxenyan Cənubun hərəkətlərinə tammiqyaslı müharibə ilə cavab vermək əzmindədir.

Cənubi Koreya prezidenti Park Geun-hye hərbi formada qoşunların mövqelərinə baş çəkib.

Şimali Koreya cümə axşamı Cənubi Koreya ərazisinə dörd top atəşi açıb, Cənubi Koreya 29 top atəşi ilə cavab verib.

Pxenyan bildirir ki, Seul onu müharibə təxribatına çəkir.

Tərəflər insan tələfatının olmadığını bildiriblər.

Müşahidəçilər buna əsaslanaraq bildirirlər ki, tərəflər açıq müharibəyə keçmək niyyətində deyillər.

Günün bütün mövzuları

XS
SM
MD
LG