Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:45

Yaralananlardan ikisinin amerikalı, birinin isə britaniyalı olduqları xəbərə verilib. Həbs olunan şəxsin 26 yaşlı mərakeşli olduğu xəbər verilir

Fransada Amsterdam və Paris arasında hərəkət edən qatarda bir silahlı üç nəfəri yaralayıb.

Həmin şəxs iki amerikalı sərnişin tərəfindən zərərsizləşdirilib.

İnsident yüksək sürətli Thalys qatarında Arras şəhəri yaxınlığında baş verib.

Yaralananlardan ikisinin amerikalı, birinin isə britaniyalı olduqları xəbərə verilib.

Həbs olunan şəxsin 26 yaşlı mərakeşli olduğu xəbər verilir.

Onun üstündən Kalaşnikov avtomatı, bıçaq, tapança və güllələr çıxıb.

Zərəçəkənlərdən ikisi güllə, biri isə bıçaq yarası alıb.

Fransa mediası bildirir ki, şübhəli şəxs təhlükəsizlik xidmətlərinə məlum idi.

Fransanın daxili işlər naziri Bernard Cazeneuve hadisə yerinə yollanıb.

Daxili İşlər Nazirliyi bildirir ki, hadisənin terrorçu hücum olduğunu söyləmək hələ tezdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG