Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

BMT Makedoniya polisinin Yunanıstandan gələn qaçqınlara qarşı güc tətbiq etməsindən narahatlıq bildirib.

Təşkilatın qaçqınlar üzrə ali komissarı Antonio Guterres avqustun 21-də Makedoniyanın baş naziri Poposki ilə telefonla danışıb.

O bildirib ki, Makedoniya sərhədlərində qaydalı idarəçilik yaratmalı və qaçqınlara hörmətlə yanaşmalıdır.

Makedoniya polisi avqustun 21-də Yunanıstandan ölkəyə keçmək istəyən minlərlə miqrantı qovmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib.

Minlərlə miqrant gecəni Makedoniya-Yunanıstan sərhəddində keçirib.

Bu zona Makedoniyanın Qevqeliya şəhərinin yaxınlığında yerləşir. Makedoniya hökuməti sərhəd bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edib, bölgəyə əsgər yeridib.

Miqrantların əksəriyyəti Suriya, Əfqanıstan və Şimali Afrika ölkələrindədndir.

Onlar bu yolla digər Avropa Birliyi ölkələrinə keçmək istəyirlər.

Makedoniya Avropa Birliyi ölkələrinə keçmək istəyən miqrantlar üçün əsas tranzit ölkələrdən biridir.

XS
SM
MD
LG