Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Türkiyə yeni seçkiyə gedir


Prezident Recep Tayyip ErdoganTürkiyədə noyabrın 1-də təkrar seçkilərinin keçiriləcəyini elan edib. Bu o deməkdir ki, başqa nazir Ahmet Davutoglu koalisiya hökuməti qurmağa nail olmadı.

AK Partiya 12 il idi ki, Türkiyə seçkilərində böyük üstünlüklə qalib gəlirdi, amma bu ilin iyununda kürdyönümlü HDP-nin uğuruna görə, üstünlüyü əldə saxlaya bilmədi.

Millətçi MHP və əsas müxalif CHP-nin koalisiya danışıqları nəticəsiz qaldı.

BBC –nin məlumatına görə, gələn həftə prezident Erdoğan baş nazir Davutoğludan müvəqqəti ortaq hökumət qurmağı xahiş edəcək.

İyun seçkilərində ikinci olan CHP yeni hökumət formalaşdırmaq üçün mandat istəyib, amma Erdogan təkrar seçkiyə qərar verib.

Rəy sorğularına görə, yeni seçkilərdə də nəticə fərqli olmayacaq.

Erdogan yeni seçki keçirmək məqsədilə koalisiyanı gözdən salmaq barədə ittihamları qəbul etmir.

İyun ayındakı seçkinin nəticələri onun Türkiyədə prezident üsul-idarəsini gücləndirmək üçün planlarını pozmuş kimi görünür.

AKP seçkidə 41 faiz səs toplamışdı və koalisiya qurmaq üçün rəqib partiyalarla danışıqlar aparırdı. Amma CHP və MHP ilə razılıq əldə etmək mümkün olmadı.

ÇƏTİN DÖNƏM

Türkiyə yeni seçkiyə çətin dönəmdə gedir: ölkə daxilində, eləcə də onun qonşuları İraq və Suriyada qarşıdurmalar artıb

İki ildən bəri PKK ilə atəşkəs ötən ay pozuldu, bir intiharçı-bombaçı Suriya ilə sərhəddə, kürdlərin yaşadığı Surucda 32 gəncin ölümü ilə nəticələnən terror törətdi.

Son həftələrdə Türkiyə qüvvələrinin Suriyada İslam Dövləti yaraqlılarına qarşı əməliyyatlar keçirdiyi və İraqın şimalında Kürd PKK düşərgələrini bombaladığı bildirilir.

XS
SM
MD
LG