Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:27

Türkiyə Suriya ilə sərhəddin bəzi hissələrində beton sədd tikməyə başlayıb.

“Dogan” agentliyinin avqustun 21-də yaydığı məlumata görə, artıq Hatay əyalətinin Reyhanlı şəhəri istiqamətində 12 kilomertlik beton sədd tikilib.

Bu qaçaqmalçılar və qaçqınlar üçün əsas məntəqələrdən biri hesab olunur.

Ümumilikdə səddin uzunluğu 45 kilometr olacaq.

Türkiyə yaraqlıların Suriyaya və geriyə keçməsinin qarşısını almaq üçün son vaxtlar sərhəd boyu təhlükəsizlik tədbirlərini gücləndirib.

Bundan başqa Türkiyənin hərbi-hava qüvvələri İslam Dövləti qrupunun Suriyadakı mövqelərinə zərbələr endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG