Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:52

Mingəçevir Polis şöbəsində baş verən olay 2015-ci ildəki sayca dördüncü məhbus ölümüdür.

Yanvarda Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İsrayıl Ağayev özünü asıb. Məhkumun özünə qəsd etməsinin səbəbləri haqda ictimaiyyətə məlumat verilməyib. Amma faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

2-ci hadisə fevralda Tərtər Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasında qeydə alınıb. Rəsmi məlumatda deyilir ki, 32 yaşlı, təqsirləndirilən Səbuhi Dünyamalıyev saxlanandan 2 gün sonra özünü təcridxanada asıb.

Yaxınları bununla razılaşmayıb, və məhbusun üzərində işgəncə izləri olduğunu əsas gətirərək, onun döyülərək öldürüldüyünü bildirirdilər. Onlar Tərtər polisinin qarşısında etiraz aksiyası keçiriblər, ölüm faktının ədalətli araşdırılmasını tələb ediblər. Onlar intihar adı ilə cinayətin gizlədiliyini iddia edirdilər.

3-cü hadisə martın 8-də Səbayel rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasında baş verib. Oğurluq maddəsi üzrə təqsirləndirilən 28 yaşlı Azər Qəmbərlinin də özünü asdığı deyilir.

HƏTTA İNTİHAR OLSA, BELƏ...

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyir ki, bu hadisələrin araşdırılmasını izləyib:

“Düzdür, ilk günlər məhbusların yaxınları onlara zorakılıq olduğunu bildirsələr də hadisənin intihar olduğu müəyyənləşib. Amma bu burada incə bir məqam var. Hətta məhbusa təzyiq belə olunmasa, onlar özləri intihar etsələr, bu cəzaçəkmə müəssisənin məsuliyyətidir. Çünki həbsxana nəzarətçiləri həmin məhbuslara nəzarət etməli idilər. Baş vermiş hadisəyə görə, nəzarətçilər işlərindən uzaqlaşdırılıb. Qapalı müəssisədə belə bir hadisənin baş verirsə məsuliyyəti həmin müəssisə və onun əməkdaşları daşıyır”.

Bu ilin martında Gəncə İstintaq Təcridxanasında hüquq müdafiəçisi Taleh Xasməmmədov isə özünə kəsici alətlə xəsarət yetirərək, inhihara cəhd edib. Ailə üzləri AzadlıqRadiosuna deyiblər ki, Taleh qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyası edib, bunun nəticə vermədiyini görüb, intihara cəhd edib.

Mingəçevir Polis Şöbəsində baş vermiş hadisənin araşdırmaq üçün Daxili İşlər Nazirliyinin əməkdaşları Mingeçevirə gedib. Polis Şöbəsindən araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat verəcəklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG