Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

ABŞ-ın "Forbes" jurnalı dünyanın ən çox qazanan aktrisalarının adlarını açıqlayıb.

Siyahıda birinci yerdə 25 yaşlı Jennifer Lawrence-dir.

Jurnalın hesablamalarına görə, o, bir ildə 52 milyon dollar qazanıb.

Ikinci yerdə Scarlett Johansson-dur. O, ildə 35, 5 milyon dollara sahiblənib.

Üçüncü yerdə 23 milyon dollarla Melissa McCarthy qərarlaşıb.

Siyahıda çinli aktrisa Bingbing Fan da var-21 milyon dollar.

Sonrakı yerləri bu aktrisalar bölüşür:

Beşinci yerdə Jennifer Aniston (16, 5 milyon), altıncı yerdə Julia Roberts (16 milyon), yeddinci yerdə iki nəfərin adı var- Angelina Jolie və Reese Witherspoon (hər ikisi 15 milyon).

Ötənilki reytinqin qalibi Sandra Bullock –ın qazancı bu sezonda cəmi 8 milyon dollar olub.

Ümumilikdə aktrisalar bir ildə 281 milyon dollar qazanıblar.

Forbes bir az əvvəl ən çox qazanan kişi aktyorların adını açıqlamışdı.

Kişi aktyorların ümumi qazancı 941 milyon dollar, yəni qadınlardan 660 milyon dollar çox olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG