Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:43

-

Polis seçkilərin pozulmasına yönəlmiş bütün addımların qarşısını almağa hazırdır.

Bunu daxili işlər nazirinin müavini Oruc Zalov avqustun 21-də MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O.Zalov bildirib ki, parlament seçkiləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbirlər planı hazırlanıb: «Tədbirlər planında asayişin nümunəvi təmini və zəruri təhlükəsizlik şəraitinin yaradılması, seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, DİN-in bütün orqan və hissələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, səsvermə hüququna malik olan vətəndaşların siyahılarının dəqiqləşdirilməsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərlə təmini işinin oktyabrın sonunadək tam başa çatdırılması nəzərdə tutulub».

Günün bütün mövzuları

XS
SM
MD
LG