Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:12

Seçkilərə start veriləcək tarix açıqlandı


Məzahir Pənahov
Məzahir Pənahov

-

«Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu baxımdan heç bir problem yoxdur. Azərbaycan nəinki bölgənin, hətta dünyanın ən ictimai-siyasi baxımdan stabil ölkələrindən biridir».

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Xəbəri Trend agentliyi yayıb.

MSK sədri deyib ki, seçkilərin demokratik keçirilməsi üçün hüquqi baza, sənəd olmalıdır: «Avropa Şurası ilə birgə hazırlanan Seçki Məcəlləsi isə belə bir əsas sənəd kimi xüsusi rol oynayır. Bu baxımdan demokratik seçkilərin hüquqi bazasının yaradılması üçün də ölkədə lazımi addımlar atılıb».

M.Pənahov əlavə edib ki, seçkilər şəffaf olmalı, vətəndaşlar onları müşahidə edə bilməlidirlər: «Azərbaycan beynəlxalq aləmdə demokratik prinsiplərə sadiq ölkə kimi seçkilərə maraq göstərən bütün beynəlxalq qurumlara həmişə şərait yaradıb. Bu dəfə də beynəlxalq müşahidəçilər üçün lazımi şərait yaradılacaq. Azərbaycanda nümunəvi addım atılıb, məntəqələrdə veb-kameralar quraşdırılıb. Onlar məntəqələrin 20 faizini əhatə edir. Bu, seçkilər başlayandan sonadək onlayn rejimdə dünyanın müxtəlif yerlərindən seçkiləri izləmək imkanı verir».

Onun sözlərinə görə, avqustun sonuna doğru Azərbaycanda növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək.

Seçkilər bu ilin noyabrında keçiriləcək.

XS
SM
MD
LG