Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:04

«Economist Intelligence Unit» Azərbaycanı avtoritar ölkə hesab edir


«Dünya əhalisinin 40 faizi hələ də avtoritar idarəetmədən əziyyət çəkir»

«Dünya əhalisinin 40 faizi hələ də avtoritar idarəetmədən əziyyət çəkir»

Demokratik inkişaf dərəcəsinə görə, Azərbaycan avtoritar ölkədir və bu baxımdan dünya ölkələri siyahısında 129-cu yerdə qərarlaşır. Londonda yerləşən «Economist Intelligence Unit» - EIU Mərkəzinin 2006-cı il üçün «Demokratiya İndeksi» adlı hesabatında belə deyilir. Dünyanın 167 dövlətini əhatə edən sənəd onları demokratik inkişaf dərəcəsinə uyğun sıralayır. İdarəetmə formasından asılı olaraq, ölkələr dörd qrupa bölünür: Tam demokratik ölkələrə 28, qüsurlu demokratik ölkələrə 54, hibrid (qatışıq) ölkələrə 30, avtoritar ölkələrə isə 55 dövlət daxil edilir.

Keçmiş sovet ölkələrindən Azərbaycanla yanaşı, Qazaxıstan 120-ci, Belarus 128-ci, Tacikistan 149-cu, Özbəkistan 160-cı, Türkmənistan 162-ci yerdə olmaqla avtoritar ölkələrin sırasını təşkil edir. Qonşu İran isə avtoritar ölkələrin siyahısında 139-cu yerdədir.


Estoniya 33, Litva 39, Latviya 43, Ukrayna 52, Moldova 62-ci yerləri tutmaqla qüsurlu demokratik ölkələrə aid edilir.


Sənəd müəlliflərinin fikrincə, Rusiya (102), Gürcüstan (104), Ermənistan isə (110) demokratiyanın hibrid – qatışıq formasındadır.


Tam demokratik ölkələrin siyahısına İsveç başçılıq edir. ABŞ isə bu siyahıda 17-ci sıradadır.


Hesabatda bildirilir ki, son onilliklərdə demokratiya sahəsində irəliləyişlərə baxmayaraq, dünya əhalisinin ancaq 13 faizi tam demokratik ölkələrdə yaşayır. 40 faizi isə hələ də avtoritar idarəetmədən əziyyət çəkir.


Günün bütün mövzuları

XS
SM
MD
LG