Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:47

-

“Futbolçularımızın mübarizə aparmasından razı qaldım. Onlar əllərindən gələni etməyə çalışdılar. Xüsusilə də ilk hissənin ikinci yarısı xoşuma gəldi. Rəqib qapısında çox sayda qol imkanı yarada bilmədik”.

Bunu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) matçından sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Xəbəri “Qəbələ” klubu yayıb.

Roman Qriqorçuk deyib ki, müdafiədə bəzi çatışmazlıqlar aradan qaldırmalıdır: “Əks-hücumların sürətli təşkil olunmasının da üzərində çalışmalıyıq. İndiki heyətimiz yaxşı oynadı, lakin komandanı gücləndirə biləcək futbolçu lazımdır. Amma rəqabət yarada biləcək oyunçu tapmaq asan deyil”.

Avqustun 20-də keçirilən qarşılaşmada “Qəbələ” “Panatinaikos” oyununda hesab açılmayıb 0:0. Cavab qarşılaşması avqustun 27-də Afinada olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG