Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:20

-

Rusiyada dəmiryol şirkətinə az tanınan rəsmi şəxs, baş nazir Dmitry Medvedev-in müttəfiqi təyin olunub. Medvedev Oleg Belozerov-un təyinatnı avqustun 20-dıə elan edib.

Belozerov nəqliyyat nazirinin müavini idi. 3 gün öncə Prezident Vladimir Putin-in yaxın dostu Vladimir Yakunin bu vəzifədən getdiyini açıqlayıb.

Rusiya dərmiryolunda 1 milyonadək işçi çalışır və 85 min kilometrlik yol idarə olunur. Bu, dünyada üçüncü böyük şəbəkədir. Ötən il şəbəkənin qazancı 27 milyard dollar olub.

Ancaq Yakunin-in 10 illik idarəçilik dövründə dəmiryolunda da problemlər olub. Rusiya iqtisadiyyatının böhranlı durumunda dəmiryolunda israfçılıq baş alıb gedib.

Yakunin-in qəfil gedişi digər güclü fiqurların da yerdəyişməyə uğrayacağı barədə fikirlərə yol açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG