Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:44

-

"Cavab qarşılaşması bu oyundan da çətin olacaq. Rəqib bizə çox çətin anlar yaşatdı. "Young Boys”un oyun üslubu bizə çox yad və çətin bir üslub idi”.

Bunu “Young Boys”la keçirilən oyundan sonra “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Xəbəri “Qarabağ”ın rəsmi saytı yayıb.

Qurban Qurbanov deyib ki, Bakıda daha fərqli oyun olacaq, rəqib 90 dəqiqə hücum edəcək: “Rəqibin heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var”.

UEFA Avropa Liqasında play off mərhələsinin ilk oyununda İsveçrədə “Young Boys” komandası ilə qarşılaşan “Qarabağ” 0:1 hesabı ilə qələbə qazanıb.

Qolu ikinci hissənin 67-ci dəqiqəsində Richard Almeida vurub.

Bu qoldan əvvəl və sonra da “Qarabağ” rəqib qapısının qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. Ancaq matç bu hesabla başa çatıb.

Cavab qarşılaşması avqustun 27-də Bakıda T.Bəhramov adına stadionda keçiriləcək.

“Qəbələ” klubu isə öz meydanında Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb. Matçda hesab açılmayıb 0:0. Cavab qarşılaşması avqustun 27-də Afinada olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG