Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

-

İyul ayında ilkin yaşayış mənzil bazarında satışa çıxarılan tamamlanmamış tipli («pod mayak») yaşayış mənzillərinin qiyməti ortalama 7.17 faiz ucuzlaşıb.

Daşınmaz əmlak şirkəti olan MBA Ltd Qiymətləndirmə və Konsaltinq Şirkətinin hesabatında belə deyilir. Satışa çıxarılan bu cür mənzillərin ümumi orta sahəsi 8.6 faiz azalıb.

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə satılan ən bahalı mənzil 2 otaqlı təmirsiz mənzil olub. Metronun «Sahil» stansiyasının yaxınlığında yerləşən 99 kv.m-lik, tam təmirsiz mənzilin kvadrat metrinin qiyməti 2800 dollar olub. Ən ucuz mənzil isə, Sabunçu rayonunda, Zabrat qəsəbəsində qeydə alınıb. Bu ümumi sahəsi 80 kv.m olan yeni 2 otaqlı mənzildir. Mənzilin bir kvadratmetri 450 dollardır.

Səbəblərdən biri neftin qiymətinin ucuzlaşmasıdır

Hesabatda deyilir ki, təkrar yaşayış mənzil bazarında da passivlik davam edir. Ötən ay bu bazardakı daşınmaz əmlakların orta qiyməti isə 0.43 faiz ucuzlaşıb.

Durğunluğun əsas səbəblərindən biri kimi, əmlak bazarında qiymətlərin nisbətən enməsi ilə yanaşı, tələbin azalması da göstərilir: «Tələbin azalması ilə yanaşı dünya və daxili bazardakı son dəyişikliklər də Bakının əmlak bazarına təsirsiz ötüşməyib. Neftin qiymətinin ucuzlaşma prosesinin davam etməsi və şimal qonşumuz olan Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq Bakının mənzil bazarına da mənfi təsir göstərib. Əmlak bazarında sürən passivliyin nəticəsi olaraq təklif olunan mənzillərin sayında da azalma müşahidə edilir. İyul ayında bazarın bu seqmenti üzrə təklif həcmi 12 faiz azalıb. İyun ayında ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyul ayında 1397 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə - 35.0 fazi azalıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG