Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:22

Tehrandakı Britaniya səfirliyi yenidən işə başlayır


2011-ci il noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyi etirazçılar tərəfindən talan edilmişdi
2011-ci il noyabrın 29-da Britaniyanın Tehrandakı səfirliyi etirazçılar tərəfindən talan edilmişdi

Britaniyanın xarici işlər naziri Philip Hammond bəyan edib ki, bu həftəsonu biznes adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə Tehrana yola düşür.

Böyük Britaniya, İrandakı səfirliyi 2011-ci ildən bəri bağlı qaldıqdan sonra Tehrandakı missiyasının qapılarını təkrar açmaq qərarına gəlib.

2011-ci ilin noyabrında İran üzərinə qoyulmuş sanksiyalara etiraz edən izdiham səfirliyin qapı-pəncərələrini sındırmış, binanı talan etmişdi.

Britaniyanın xarici işlər naziri Philip Hammond bəyan edib ki, bu həftəsonu biznes adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə Tehrana yola düşür.

Xarici işlər naziri Philip Hammond bu həftəsonu biznes adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə Tehrana yola düşür
Xarici işlər naziri Philip Hammond bu həftəsonu biznes adamlarından ibarət böyük bir nümayəndə heyəti ilə Tehrana yola düşür

Ölkə mediası yazır ki, Tehran və London arasında daha sıx diplomatik münasibətlərin bərpası ötən ay İranla dünyanın altı gücü arasında bağlanmış nüvə sazişi nəticəsində mümkün olub.

Müxbirlər bunu da qeyd edirlər ki, Fransa İrana nümayəndə heyətini hətta sazişin bağlanmasından əvvəl göndərmiş, lakin ABŞ-ın tənqidi ilə üzləşmişdi.

2013-cü ildən bəri Londonla Tehran arasında diplomatik əlaqələr işlər müvəkkilləri səviyyəsində davam etdirilirdi.

Tehrandakı səfirliyin açılışna gəlincə isə, London artıq 2014-cü ildən oradakı missiyasını bərpa edəcəyini bildirmişdi.

Bununla, belə İran tərəfi ilə səfirliyin binası üçün yeni kommunikasiya qurğuların gətirilməsi məsələsində fikir ixtilafları mövcud idi.

Mətbuat yazır ki, tərəflər arasındakı son məsləhətləşmələrə görə Britaniya səfirliyi öz binasında yeni elektrik və kommunikasiya xətlərinin çəkilişi hələ tam başa çatmadan işə başlayacaq.

Bundan bir qədər əvvəl Britaniya İrana səfər edən vətəndaşlarına rəsmi tövsiyələrini redaktə edərək yumşaltmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG