Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

-

Avqustun 20-də Avropa Liqasının pley-off mərhələsidə ilk oyunlar keçirilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” turnirdə növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası İsveçrənin “Young Boys” klubu ilə üz-üzə gəlib. Ötən mövsüm qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" bu dəfə də ən azı həmin uğurunu təkrarlamağa çalışacaqdı. Bunun üçün səfərdə keçirilən ilk oyunda sərfəli nəticə qazanmaq lazım idi ki, son Azərbaycan çempionu da bunu bacarıb. Riçard Almeydanın 67-ci dəqiqədə vurduğu qol "Qarabağ"a minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG