Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:57

"İncəsənətlə maraqlanmayan insan cahil və barbardır"


- Yazıçı Philip Pullman Birləşmiş Krallıq hökumətini sərt tənqid edib, “cahil və barbar” adlandırıb. Səbəb hökumətin orta məktəblərdə incəsənət dərslərinə ayrılan saatları bir qədər azaltması olub.

Bu ildən hökumət dil, riyaziyyat, elm (kimya, biologiya, fizika), tarix və coğrafiyanı əsas fənlər hesab edən GCSE sistemi tətbiq edəcək. İncəsənət, musiqi, drama kimi dərslərin statusu aşağı salınacaq.

Pullman deyib: “İncəsənətin qiyməti yoxdur, onun dəyərini hesablamaq mümkün deyil, incəsənət insan olmağımızı şərtləndirir.”

O, hökumətin nazirlərini “teatra, konsertə, incəsənət qalereyasına, muzeyə getməyə, nə cürsə bu şeylərlə maraqlanmağa” çağırıb.

“Əgər maraqlanmırlarsa, hökumətdə olmamalıdırlar, nöqtə! İncəsənətlə maraqlanmayan insanda insanlıq ölçüsü çatışmır. Cahil və barbar insanların idarəetməsi altında olmaq dəhşətli bir taledir, bu dəqiqə biz bu vəziyyətdəyik.”

Təhsil Departamentinin nümayəndəsi bunun cavabında mətbuata deyib: “Təhsil imkanlarının genişləndirilməsinə səy göstərərkən biz inanırıq ki, şagirdlər əla təhsil almalıdırlar.

Musiqi, drama və rəqs də daxil olmaqla, Art dərsləri əla təhsilin açarıdır. Bu səbəbdən art, dizayn, musiqi Britaniyada 5-14 yaşlılar üçün milli kurrikulumda məcburi fənlərdir.”

XS
SM
MD
LG