Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

«Mərkəz»: «Nisyə dəftəri»


«Bakı-Xəbər» qəzetindəki «Azər­bay­can ha­ki­miy­yə­ti ye­ni­dən rus si­ya­si tex­no­loq­la­rı­na mü­ra­ci­ət edib» başlıqlı məqalədə bildirilir ki, pre­zi­dentlik müd­də­ti­nin 7 ilə­dək ar­tı­rıl­ma­sı ide­ya­sı üzə­rin­də iş get­di­yi­nə və bu­nun­la bağ­lı giz­li də ol­sa, mü­za­ki­rə­lər apa­rıl­dı­ğı­na da­ir mə­lu­mat­lar da­xil ol­maq­da­dır. Müəllif iddia edir ki, ha­ki­miy­yət, hə­mi­şə ol­du­ğu ki­mi, öz öm­rü­nün uza­dıl­ma­sı mə­sə­lə­sin­də ye­nə də Ru­si­ya­nın xid­mə­tin­dən is­ti­fa­də et­mək niy­yə­tin­də­dir. Mə­lu­ma­ta gö­rə, bu mə­sə­lə­yə hü­qu­qi don gey­dir­mək, ic­ti­mai rə­yi ha­zır­la­maq, ümu­miy­yət­lə, o qə­dər də asan ol­ma­yan bu də­yi­şik­li­yin si­ya­si tex­no­lo­gi­ya­sı­nı mü­əy­yən­ləş­dir­mək və s. ki­mi prin­si­pi­al is­ti­qa­mət­lər­də Ru­si­ya mü­tə­xəs­sis­lə­ri­nin mü­za­ki­rə­lə­rə cəlb olun­du­ğu bil­di­ri­lir.


«Biz 2008-ci ildə keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindəyik. Hər hansı ciddi təbəddülatlar baş verməsə, Müsavat Partiyasının bu seçkidə namizədi İsa Qəmbər olacaq». Müsavat Partiyasının başqan müavini Arif Hacılı «Yeni Müsavat» qəzetinə verdiyi müsahibədə belə deyib. Onun sözlərinə görə, partiya İsa Qəmbərin bütövlükdə demokratik düşərgənin vahid namizədi olması üçün çalışacaq. «Əgər demokratik düşərgədə, konkret olaraq «Azadlıq» blokunda, İsa Qəmbərin toplayacağı səslərə yaxın, bəlkə də bərabər səslər toplaya biləcək başqa bir namizəd olsaydı, biz başqa bir namizədin irəli sürülməsi məsələsini müzakirə edə bilərdik. Bu gün bu olmadığından, biz hansısa partiyanın, namizədin xeyrinə öz iddialarımızdan imtina edəriksə, bu, xalqın, cəmiyyətin mənafelərinə zidd addım olar, nəticə etibarilə demokratiyanın yox, avtoritar rejimin mənafelərinə xidmət edər», – müxbirlə söhbətində cənab Hacılı belə deyib.


«Yeni Azərbaycan» qəzeti yazır ki, Nazirlər Kabinetinin iqtisadiyyat şöbəsindən verilən xəbərə görə, Rusiyanın İqtisadi İnkişaf naziri German Qrefin Azərbaycanın maşınqayırma kompleksində və metallurgiya sənayesində rusların çalışması barədə təklifləri nəzərdən keçirilib. Azərbaycan hökuməti «KAMAZ» şirkətinin və «Russkiy Alüminium»un («RusAl») Azərbaycanda sərmayə qoyuluşları barədə təkliflərini bəyənib. Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət ilin sonuna kimi «KAMAZ»ın təklif etdiyi layihəni qəbul etmək istəyir. Belə olan halda, rus şirkəti Bakıdakı Bünyad Sərdarov adına zavodda «KAMAZ» markalı yük maşınlarının istehsalını reallaşdıracaq. İlkin mərhələdə şirkətin il ərzində 200 ədəd yük maşını istehsal etməsi planlaşdırılır.


«Mərkəz» qəzetindəki «Nisyə dəftəri» başlıqlı məqalədə müəllif yazır ki, mağazalardakı nisyə dəftərlərində nəinki yoxsul əhalinin faizini, hətta yoxsulluğun dərəcələrini də müəyyən etmək mümkündür. Hökumət və dövlət rəsmiləri bahalaşma və onun qarşısının alınması ilə bağlı mətbuat orqanlarına müsahibə verməkdən təngə gəlib. Qiymətlər isə, necə deyərlər, «dinc durmur ki, durmur». Badamdar və Bayıl qəsəbələrindəki «nisyə mal verilmir» sözləri yazılmış dükanları gəzən müəllif yazır ki, ayda 300-500 nəfər alıcısı olan ərzaq dükanlarında müştərilərin təqribən yarısı malı nisyə götürür. Onların 40 faizi borcunu maaş alanda, elə o qədəri də 5-10 gün sonra ödəyir. Yerdə qalan 20 faizi isə dükan sahibi dəfələrlə, utana-utana borcunu istəməsə, onu qaytarmaq haqda fikirləşmir.


XS
SM
MD
LG