Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:24

Bu ilin yeddi ayında Azrəbaycanın hava nəqliyyatı şirkətləri 70,3 min ton yük daşıyıb. Bu, əvvəlki ilə nüsbətən 8,5 faiz çoxdur.

Daşımaların daha da artacağı güzlənilir. Çünki, ölkənin iki yük aviadaşıyıcısından bir olan Silk Way West aviaşirkətinin aviaparkına bu günlərdə daha bir yük təyyarəsi daxil olub.

Təyyarənin Sinqapur və Komatsu (Yaponiya) hava limanlarına yük daşıyacağı bildirilir.

Şirkətin məlumatına görə, yenisinin hesabına onun təyyarə parkında 3 Boeing 747-8 Freighter var. Bundan əlavə, şirkət 3 dənə Boeing 747-400 və 2 dənə 767-300 Freighter yük təyyarəsini istismar edir.

Üç Boeing 747-8 Freighter təyyarəsinin sifariş verilməsi haqda 1,1 mliyard dollar dəyərində müqaviləni Silk Way West aviaşirkəti bu ilin martında imzalamışdı. O zaman istehsalçı xəbər vermişdi ki, birinci təyyarə avqustda, qalan iki təyyarə 2016-2017-ci illərdə Silk Way aviaşirkətinə təhvil veriləcək.

Lakin təyyarələrin qəbulu sürətləndirilib. Belə ki, Silk Way West aviaşirkətinin mətbuat xidməti indi məlumat verir ki, təyyarələr Bakıya gələn ilin birinci yarısında gətiriləcək.

GƏLİRLİ BİZNES

Qeyd edək ki, hava nəqliyyatında yük daşımaları çox gəlirli sahədir. Azərbaycanın statistika komitəsi məlumat verir ki, 2014-cü ildə Azərbaycanın mülki aviasiya şirkətlərinin yük daşımalarından toplam gəlirləri 539,2 milyon manat olub. Bu, əvvəlki ildəkindən 4,2 faiz çoxdur.

Xərclər çıxıldıqdan sonra mənfəət 83,6 milyon manat olub. Bu elə də çox sayılmamalıdır. Çünki, 2013-cü ildə 517 milyon manat toplam gəlirə qarşı mənfəət 136,3 milyon manat olmuşdu.

Azərbaycanda karqo daşımaları ilə “Silk Way Holding” MMC-yə daxil olan iki şirkət - “Silk Way Airlines” və “Silk Way West” məşğul olur. Dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC isə çoxdan bu bazardan sıxışdırılaraq çıxarılıb.

Silk Way qrupuna 23 şirkətin, o cümlədən “Bank Silk Way” ASC-nin daxil olduğu bildirirlir. Həmin banka prezident ailəsinin üzvlərinin nəzərət etdiyi deyilir. Dolayısıya, qeyd olunan holdinqə də onlar sahiblik edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG