Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

Azərbaycanın müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbər nümayəndələri avqustun 20-də cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərə baş çəkiblər.

Nazirliyin məlumatına görə, nazir inşa işlərinin gedişini yoxlayıb, işlərinin tezliklə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.

Zakir Həsənov ön xətdə yerləşən hərbi hissələrə də baş çəkib, heyət üzvlərilə görüşüb.

Nazir hərbçilərin döyüş hazırlığı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb, hərbi qulluqçularla birlikdə nahar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG