Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

Həbsdə olan politoloq Arif Yunus bir neçə gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müayinədən sonra yenidən MTN-in istintaq təcridxanasına qaytarılıb.

Bu barədə Turan-a Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov məlumat verib.

Onun sözlərinə görə, müayinə zamanı Arif Yunusda ciddi patologiya aşkar edilməyib.

Vəkil qeyd edib ki, mütəxəssislər Arif Yunusun hipertoniya xəstəliyi ilə bağlımüavafiq tövsiyələr verib və bundan sonra o, MTN-in istintaq təcridxanasına qaytarılıb.

Xatırladaq ki, Arif Yunus son bir il ərzində həbsdə olarkən bir neçə dəfə hipertoniya krizi keçirib.

Hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus ötən il həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 13-də Leyla Yunusu 8 il yarım, Arif Yunusu isə 7 il azadlıqdan məhrum edib.

Onlar iqtisadi cinayətlərdə ittiham olunurlar.

Leyla və Arif Yunuslar ittihamları rədd edir və həbslərinin siyasi motivli olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG