Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

“Nazirlər Kabinetinin "Jurnalistlərin cəbhəboyu zonaya ezam olunmasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası" adlı qərarı qüvvəyə minib. Qərar avqustun 14-də qəbul edilib.

Qanuna əsasən akkreditə olunmaq üçün müraciət edən Kİ Vvasitələri Müdafiə Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

KİV rəhbərinin rəsmi müraciəti, təsisçi haqqında məlumat, akkreditə olunacaq əməkdaşların tərcümeyi-halı və 2 ədəd fotoşəkli, əməkdaşların şəxsiyyət vəsiqələri və xidməti vəsiqələrinin surəti,KİV orqanının ünvanı, əlaqə telefonları, internet saytı, elektron poçt ünvanı, rəhbərlərinin telefon nömrələri haqqında məlumat.

Azərbaycanda daimi nümayəndəliyi olan xarici KİV-lər isə bu sənədləri təqdim etməlidir:

Daimi nümayəndəliyin rəhbərinin rəsmi müraciəti,

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartları, akkreditə olunacaq əməkdaşların pasportları və xidməti vəsiqələrinin surəti, 2 ədəd fotoşəkl və akkreditə üçün doldurulmuş anket forması.

Azərbaycanda daimi nümayəndəliyi olmayan və 15 günlük ezam olunmuş xarici KİV nümayəndələri üçünsə bu sənədlər tələb olunur:

KİV rəhbərinin rəsmi müraciəti, Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditə kartları, akkreditə olunacaq əməkdaşların pasportları və xidməti vəsiqələrinin surəti, 2 ədəd fotoşəkl və akkreditə üçün doldurulmuş anket forması.

Akkreditasiyanın müddəti 1 ildir. Akkreditasiya üçün təqdim edilmiş sənədlərə daxil olduğu gündən 15 gündən artıq olmamaq şərtilə Müdafiə Nazirliyində baxılır. Müraciətə baxılarkən 7 gün ərzində Milli Təhlükəsizlik Nazirliyindən rəy alınır və bundan sonra müvafiq qərar qəbul edilir.

Akkreditasiya hər ilin dekabrında keçirilir. Amma KİV vasitələrinin müraciətinə əsasən, bu ilin digər vaxtlarında da keçirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG