Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

-

2016-cı il yanvarın 24-də Parisin «Champs-Élysées» (Yelisey Çölləri) teatrında Lamuryö orkestri Qara Qarayevin «Yeddi gözəl» baletini səsləndirəcək.

Mədəniyyət və Turizm Nazirliyinin teatrın saytına istinadlayaydığı xəbərə görə, orkestrin «Haute couture» adlı konsert proqramında Fransa və Rusiya bəstəkarlarının əsərləri də yer alacaq.

Orkestrə Antoine Marguier dirijorluq edəcək.

Şöhrətli «Champs-Élysées» teatrı 1913-cü ildə tikilib.

Adının «Yelisey Çölləri» olmasına baxmayaraq, bu teatr yaxınlıqdakı Monten küçəsində yerləşir və Parisin dəmir betonla inşa olunmuş ilk binalarından sayılır.

Teatr bir əsrlik tarixi boyu bənzərsiz tamaşaların premyerasına şahidlik edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG