Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

-

«Azərbaycan ölkədə ayrı-ayrı fərdlərə qarşı aparılan cinayət işlərinin bilərəkdən siyasiləşdirilməsi və məhkəmə proseslərini təhrif etmək cəhdlərini qınayır».

Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin avqustun 20-də verdiyi bəyanatda belə deyilir.

Bəyanatda ATƏT Daimi Şurasının avqustun 19-da keçirilən iclasında ABŞ, Avropa İttifaqı, Kanada və Norveç nümayəndələrinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair məsələ qaldırmasına etiraz bildirilir.

Xəbəri apa yayıb.

Bəyanat müəllifləri adıçəkilən dövlətləri Azərbaycandakı məhkəmə sisteminin qərarlarına hörmət etməyə və cari hüquqi proseslərə müdaxilə etməməyə çağırır:

«Təəssüf doğuran məqam odur ki, insan hüquqlarının müdafiəsi məsələsindən «5-ci kolon»un yaradılması və cəmiyyətdəki stabilliyin pozulması üçün sui-istifadə olunur. İnsan hüquqlarının müdafiəsinin biznesə çevrilməsi və ondan əldə olunan gəlirlərin şəxsi bank hesablarına köçürülməsi narahatlıq doğurur».

«Azərbaycana çirkli pulların yuyulması və digər qeyri-qanuni maliyyə tranzaksiyalarının qarşısını almaq üçün effektiv sistem qurmağa yardım etmiş bu dövlətlərin indi hökumətin şübhəli maliyyə köçürmələri, o cümlədən, vergidən yayınma cinayətləri üzrə apardığı işləri qınaması anlaşılmazdır. Ona görə də, biz bu qərəzli yanaşmanı rədd edirik» - bəyanatda deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG