Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:35

-

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.

Eyni zamanda, Dövlət Xidməti son günlər bir sıra istehlak mallarının qiymətinin artması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatları da araşdırmağa başladığını bəyan edib.

Qurum nəzarət tədbirləri və araşdırmalar zamanı qanun pozuntusu, o cümlədən süni qiymət artımına yol verdiyi aşkar olunan təsərrüfat subyektləri barəsində qanuna müvafiq tədbirlər görüləcəyini bildirir.

Son günlər bəzi şirkətlər istehlak mallarının qiymətini azı 10-15 faiz artırıblar. Onlar bunu dolların bahalanması ilə izah edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG