Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:57

Vitrinsiz dükanlar həyatımızı dəyişə bilərmi?


Afinada bir qadın vitrinə baxarkən, 2015
Afinada bir qadın vitrinə baxarkən, 2015

- Vitrinlərin bütün şəhərlərin ayrılmaz bir parçası olduğu, üstəlik mağaza vitrinlərinin reklam, onlayn vitrin kimi barmaqları olan bugünkü dünyada bu sual qəribə səslənə bilər. Amma mağazalarda vitrinlər olmasa, necə olardı?

İnsanın nəyə ehtiyacı varsa, vitrinləri olmayan mağazalara gedib ala bilər. Bəs indi necədir? İndi insan vitrində görənə qədər ağlına da gəlməyən əşyaları vitrində görəndən sonra almaq eşqinə düşür.

İlk vitrinlər 18-ci əsrin sonlarında Londonda yaranıb. Vitrinlərin bu gün də pul məsələlərində hədsiz dərəcədə həssas olan bir xalq tərəfindən yaradılması təəccüblü deyil.

Ticarətçi, islahatçı Francis Place vitrini eksperiment edən ilk dükançılardan olmuşdu. O, dükanının qarşısına iri şüşə pəncərələr vurdurmuşdu və malları pəncərənin qarşısına düzmüşdü, elə ordan da satırdı.

O zaman çoxları onu tənqid edib. Amma tacir həmin günləri öz xatirələrində belə təsvir edib:

“Pəncərədən daha çox mal satdım... ustaların maaşından da, ev-məişət xərclərindən də çox qazandım.”

Ondan sonra tacirlər camaatı cəlb etmək üçün dükan pəncərələrinə parlaq işıqlar, reklamlar, bəzədilmiş mallar düzməyə başladılar. Dəb dəyişdikcə vitrinlərə düzülən mallar da dəyişildi.

Nəticədə əslində ehtiyacı olmayan malları almaq üçün bankların, faizlərin cənginə düşmüş bugünkü istehlakçı cəmiyyət formalaşdı.

Oxu Zalı

XS
SM
MD
LG