Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:25

Pakistan Kəşmir separatçıları ilə görüşür


Hindistan Kəşmirindən görüntü, 19 avqust, 2015-ci il

Hindistan Kəşmirindən görüntü, 19 avqust, 2015-ci il

-

Pakistan Hindistanın mübahisəli Kəşmir regionundan separatçıları görüşə dəvət edib. Bu addım Hindistanla sülh dialoqunun başlanması cəhdlərini daha da gərginləşdirə bilər.

Kəşmir separatçılarının sözçüsü Ayaz Akbar deyib ki, Pakistana dəvət olunanlar arasında sərt xətt tərəfdarı Syed Ali Shah Geelani də var.

Danışıqların avqustun 23-də Nyu Dehlidə, Pakistan Ali Komissiyasında keçiriləcəyi gözlənir. Həmin gün Pakistanla Hindistan arasında da danışıqlar olacaq.

Komissiya dəvətini müdafiə edib, oxşar görüşlərin əvvəl də baş tutduğunu deyib.

Hindistan rəsmiləri isə bu addıma “müvafiq şəkildə” cavab verəcəklərini bildiriblər.

XS
SM
MD
LG