Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:27

-

Qızılaxtaranlar 300 il əvvəl batmış ispan gəmisindən 4.5 milyon dollarlıq qızıl sikkələr tapıblar. Məlumatı xilasetmə şirkəti avqustun 19-da yayıb.

Havanadan İspaniyaya gedən 10-yelkənli gəmi 1715-ci ildə ABŞ-ın Florida ştatı yaxınlığında qasırğaya düşüb. Gəmilər parçalanıb, sərvət isə dağılıb.

Şirkət rəhbəri Brent Brisben deyib ki, 350 qızıl sikkə tapılıb. Onlardan 9-u kral sikkələridir, İspaniya kralının sifarişi ilə hazırlanıbmış. Birinin qiyməti 300 min ABŞ dollarıdır.

İyunda isə qızılaxtaranlar 1 milyon dəyərində 50 sikkə tapmışdılar.

Qanuna görə, Florida ştatı sahili yaxınlığında tapılan xəzinənin 20 faizini əldə edir.

Şərhləri göstər

XS
SM
MD
LG