Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:02

-

Əhaliyə elektron xidmət göstərmək üçün Azərbaycan banklarına xüsusi köşklərdən istifadə təklif edilir. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib.

Köşklərin tədarükü maliyyə müəssisələrinin tələbatına uyğun olaraq həyata keçirilə bilər.

MHM ilə əməkdaşlıq edən müvəkkil banklar aşağıdakılardır: “Unibank", "Bank of Baku", "AccessBank", "Muganbank", Bank "VTB Azərbaycan", "Bank VTB" və "Bank Respublika" və başqaları.

Müvəkkil banka müraciət edən vətəndaş köşk vasitəsilə şəxsi məlumatı aldıqdan sonra istehlakçı krediti əldə etmək üçün onu çap edə bilər. Elektron arayış hüquqi sənəd kimi qəbul edilir. Bu da bank tərəfdən sənədlərin tərtib edilməsi prosedurunu asanlaşdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG