Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

-

Rusiyanın Pskov Regional Məhkəməsi Estoniyanın təhlükəsizlik zabitini casusluq ittihamları ilə mühakimə edib. Tallin və Brüssel həmin zabitin bir il öncə Estoniyada oğurlanıb Rusiyaya aparıldığını deyir.

Məhkəmə avqustun 19-da Eston Kohver-i 15 illik cəzaya məhkum edib. O, casusluq, qaçaqmalçılıq, silah saxlama, sərhədi qanunsuz keçməkdə ittiham olunur. Zabit həmçinin 100 min rubl (1523 dollar) cərimələnib.

Kohver cəzanı Rusiyada sərt rejimli həbsxanada keçəcək.

ABŞ Dövlət Departamenti Rusiyanı Kohver-i dərhal azadlığa buraxmağa çağırıb. Departament bildirib ki, «zabitin oğurlanması, saxlanması, indi də əsassız ittihamlarla mühakiməsi Rusiya rəsmilərinin hüququn aliliyinə tam etinasızlığını göstərir».

Avropa Birliyi də dərhal bu hökmə etirazını bildirib.

Estoniyanın baş naziri Taavi Roivas deyib ki, Kohver-in «qanunsuz saxlanması beynəlxalq hüququn kobud pozuntusudur».

XS
SM
MD
LG