Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

-

ABŞ Nümayəndələr Palatasının Demokratlardan olan lideri avqustun 19-da deyib ki, demokratların Prezident Barack Obama-nın vetosunu saxlamağa kifayət qədər səsi var. Səslər Respublikaçıların İran sazişini rədd edəcəyi halda buna veto qoymaq üçün lazımdır.

Respublikaçıların gələn ay sənədə veto qoyacağı gözlənir. Azlığın lideri Nancy Pelosi Associated Press agentliyinə deyib ki, ötən gün səsvermə keçirilib, Obama-nın vetosunun keçməsi üçün yetərli dəstək olacaq. O, səs sayını açıqlamaqdan imtina edib.

Vetonun saxlanması naminə Nümayəndələr Palatasının üçdə biri, 435 üzvün 146-sı sənədi dəstəkləməlidir. Hələlik yalnız 50 demokrat açıq dəstəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG