Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

ABŞ “qadın viagrasına” icazə verdi


ABŞ-ın dərmanlara nəzarət agentliyi qadınlar üçün seksual coşdurucu Addyi preparatından istifadəyə icazə verib.

ABŞ-ın dərmanlara nəzarət agentliyi qadınlar üçün seksual coşdurucu Addyi preparatından istifadəyə icazə verib.

Əczaçılıq adı Flibanserin olan dərmandan istifadəyə icazə verilməsi barədə qərar ABŞ-ın Ərzaq və İçkilər Komissiyasının iclasında qəbul olunub.

Bu preparat əvvəllər çox zəif təsirliyinə görə tənqid edilirdi.

Kişilərin xarici cinsiyyət orqanlarında qan dövranını artıran Viagradan fərqli olaraq Addyi qadınlarda “beyin kimyası”na stimullaşdırıcı təsir göstərməlidir.

Qadınlar üçün coşdurucular əvvəllər də komissiyaya təqdim edilib, lakin onları qəbul etməyiblər.

Yeni preparat səsvermədə 18-6 nisbəti qeydə alınıb.

Təxminlərə görə ABŞ-da 20-49 yaş arasında olan qadınların 8-14 faizində seksual həvəssizlik sindromları var.

Ekspertlər bildirirlər ki, dərmanın, məsələn, qara ciyərə, yan təsirləri ola bilər.

İstehsalçılar isə bildirirlər ki, bu preparat əvvəllər seksual fəallığında problemlər olmayan qadınlar üçün nəzərdə tutulub.

Viagradan fərqli olaraq qadınlar Addyi-ni gündəlik qaydada qəbul etməli olacaqlar.

Rəsmilər deyirlər ki, dərman 8 həftə ərzində təsir göstərməzsə, onun qəbulu dayandırılmalıdır.

Buna görə də preparatın çox ehtiyatla reklam edilməsi məsləhət görülüb.

Bu preparatı istehsaı edən Sprout şirkətinin cəmi 25 işçisi var. Pfizer, Bayer və Proctor & Gamble kimi böyük əczaçılıq şirkətləri qadın seksuallığı preparatları üzərində işləsələr də, sonradan bu planlardan əl çəkiblər.

Dərmanın istehlaka buraxılması bir sıra qadın təşkilatları tərəfindən alqışlanıb.

XS
SM
MD
LG