Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52

Gələn ay BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sesiyasında Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Onun BMT-də ABŞ prezidenti Barack Obama ilə görüşü də nəzərdən keçirilir.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergei Lavrov avqustun 19-da məlumat verib.

Lavrov qeyd edib ki, Moskva görüşlə bağlı Vaşinqtonun sorğusunu müsbət qarşılayır.

Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynann şərqindəki münaqişəyə görə Vaşinqtonla Moskva arasında münasibətlər soyuq müharibə dövründən buyana ən pis həddə düşüb.

Qərblə Kiyev Ukrayna münaqişəsinə görə Rusiyanı günahlandırır.

Moskva ittihamı rədd edir.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

Qərb bu münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG