Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

ATƏT-in Ukraynadakı müşahidəçi missiyasının sədri Ertugrul Apakan Donbasda humanitar vəziyyətin pisləşdiyini bildirir.

O bunu ATƏT-n daimi şurasının Vyanada keçirilən iclasında bildirib.

O müşahidəçilərin Ukraynanın şərqindəki bütün bölgələrə sərbəst girişinə təminat yaradılmasının vacibliyini vurğulayıb.

ABŞ-ın ATƏT-ki səfiri Daniel Baer isə Rusiya və rusiyapərəst separatçıları münaqişəni dinc yolla, 3 tərəfli əlaqə qrupu çərçivəsində danışıqlar yoluyla həll etməyə çağırıb.

Onun yaydığı sənəddə bildirilir ki, əgər Rusiya separatçıları silah və canlı qüvvə ilə təmin eləməsə Donbasda hərbi əməliyyatlar getməz.

Sənəddə bildirilir ki, əgər Rusiya sülh istəyirsə, ağır silahlardan istifadə etməməli, ordusunu Ukrayna ərazisindən çıxarmalı və Minsk razılaşmasına əməl etməlidir.

Səfir bir daha qeyd edib ki, ABŞ Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımır və Moskvanı yarmadanın işğalına son qoymağa çağırır.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.

XS
SM
MD
LG