Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:17

Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Şərif Əsədullayevin oğluna hökm oxunub.

APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Tamerlan Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O bu il aprelin 10-da Yasamal rayonundakı “Senator” restoranında baş verən dava və bir nəfərin bıçaqlanmasına görə məhkəməyə cəlb edilmişdi.

Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı cinayət işi açılmış və Yasamal rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi.

Şərhləri göstər

XS
SM
MD
LG