Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

-

Belqradın küçələrindən birinə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adı verilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, Azərbaycanın Serbiyadakı səfirliyi Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və burda yaşayan azərbaycanlıların təşəbbüsü ilə Bəxtiyar Vahabzadənin bu ölkədə yaxından tanıdılması və adının Belqrad şəhərinin küçələrindən birinə verilməsi üçün Belqrad şəhər meriyasına müraciət edib.

Meriya bu müraciətə müsbət baxıb və Belqradın Tsrnotravske küçəsindən başlayaraq Borska ilə Pere Velemiroviç küçələrinin kəsişməsinədək olan hissəsinə Bəxtiyar Vahabzadənin adının verilməsi haqqında qərar qəbul edilib.

Bununla bağlı həmin küçədə Azərbaycanın Serbiyadakı səfirliyinin və şəhər meriyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Belqrad şəhər meriyasının, Rakovitsa, Vojdovaç və Savski Venaç bələdiyyələrinin rəhbərlikləri, Serbiya Xarici İşlər Nazirliyinin nümayəndələri, parlamentin üzvləri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiyada yaşayan azərbaycanlılar, bu ölkənin ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG