Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:44

Türkiyədə fransızların ifasında "Koroğlu" tamaşası


Bakıda Koroğlu heykəli

Bakıda Koroğlu heykəli

- 20 ildən çox Parisdə yaşamış türkiyəli teatr rejissoru Ali İhsan Kaleci beynəlxalq heyətlə “Koroğlu”nu səhnəyə qoyub.

Tamaşa Türkiyənin ən turistik zonası olan Cappadocia’da 21-23 avqustda göstəriləcək. Bir türk ifaçıdan başqa, bütün teatr heyəti fransızlardır.

Aktyorlar Anne Donard, Bastien Ossart, Erica Letailleur, Martin Vaughan Lewis, Neslihan Derya Demirel, Ori Gershon, Philippe Dov Cohen və Tapa Sudana tamaşanı türkcə oynayacaqlar.

Sufi elementlərilə zənginləşdirilmiş tamaşa epik qəhrəman Koroğlunu ölməzlik yolunda ədalətsizliklərlə savaşan qəhrəman kimi göstərir.

“Yer ilə Gör arasında Koroğlu” adlanan tamaşa haqda məlumatda o da deyilir ki, Koroğlu əfsanəsi Balkalardan Uyğurlara qədər çoxlu xalqların həyatını əks etdirir.

Tamaşanın musiqisi isə azərbaycanlı bəstəkarlarındır: Anar Yusubov, Ramin Rzayev və Simarə İmanova.

Oxu Zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG