Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:03

-

Göygöl ərazisinə əhalinin girişi müvəqqəti dayandırılıb. Buna səbəb gölün və ətrafının təmizlənməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Göl ərazisinə buraxılış gün ərzində bərpa ediləcək.

Bu haqda lent.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadov məlumat verib:

«Milli Parkın əməkdaşları gün ərzində ərazini təmizləyəcəklər və bundan sonra turistlərin buraya buraxılmasına icazə veriləcək. Dünən əməkdaşlarımız ərazidə daha 30 zibil qutusu yerləşdiriblər. Həmçinin 10 min zibil torbası paylanılıb. Lakin bununla belə bəzi turistlər insanlığa sığmayan hərəkətlər edirlər. Hətta elə olur ki, zibil qutusundakı zibil torbasını çıxarırlar və zibili yerə töküb torbanı özləri ilə aparırlar. Ərazidə xüsusi ilə uşaq bezlərinin çox olması xanımlarımızın təbiətə qarşı necə məsuliyyətsiz və laqeyd yanaşdığını göstərir».

«QARA SİYAHI» HAZIRLANIR

V.Cavadov əlavə edib ki, Göygölün yaxınlığında yerləşən Maralgölün ətrafına da xeyli zibil qutuları yerləşdirilib:

«Biz lazım olan bütün tədbirlər görürük. Hətta polisə də müraciət etmişik ki, müəyyən şəxslər barəsində tədbirlər görsünlər. Bundan başqa ərazidə xeyli müşahidə kameraları quraşdırılacaq. Çünki əraziyə girişdən gölədək olan məsafə 5 kilometrdən çoxdur və burada daimi nəzarətedici sistem olmalıdır. Bundan başqa «qara siyahı»nın da tərtib edilməsi nəzərdə tutulub. Biz bu siyahıya düşən, yəni gölü zibillədiyi üçün cərimələnən şəxslərin hamısının adını nazirliyin saytında yerləşdirəcəyik».

Nazirlik rəsmisi deyib ki, ərazidə xeyli xəbərdaredici, qadağanedici və istiqamətləndirici lövhələr var. Bununla belə bəzi insanlar yemək qalıqlarını, boş qabları və digər tullantıları yerə atırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG