Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:04

Leyla Yunus tibb məntəqəsinə köçürülüb


Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

-

Almaniyanın «Charite» xəstəxanasının həkimi, professor Christian Witt hüquq müdafiəçisi Leyla Yunusu müayinə edəndən sonra o, təcridxananın tibb məntəqəsinə köçürülüb. Leyla Yunus müalicəsini hazırda tibb məntəqəsində davam etdirir.

Bu haqda AzadlıqRadiosuna vəkil Elçin Qəmbərov məlumat verib.

Vəkil avqustun 18-də Leya Yunusla görüşdüyünü, onun əhval-ruhiyyəsinin yaxşı olduğunu deyib: «Məhkəmənin hökmü ilə bağlı deyir ki, gözlənilməz bir şey baş verməyib, nə gözləyirdiksə, o da oldu».

Professor Christian Witt MTN təcridxanasında Leyla Yunusun əri, politoloq Arif Yunusu da müayinə edib.

Vəkil hazırda müdafiə tərəfinin apellyasiya şikayəti üzərində işlədiyini də bildirib.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar məhkəmənin hökmündən sonra Leyla və Arif Yunusları dərhal azad etməyə çağırıb.

XS
SM
MD
LG